Qısa geyimdə muğam qalmaqalı-"Xoşuna gəlmirsə, baxma!"

OXUNUB: 1078 ŞOU-BİZNES

Müğənni Fədayə Laçın bəzi şou-biznes nümayəndələrini "bayquş" adlandırıb.

İcmal.Az axşam.az-a istinadən məlumat verir ki, ifaçı"10-dan sonra" verilişinə açıqlamasında ucuz reklam arxasınca gedən həmkarlarını tənqid edib:

"Şou-biznesdə bayquşlar çoxdur. Elə bilirlər gülüstandadırlar, amma başa düşmürlər ki, xarabalıqdadırlar. Müğənninin işi oxumaqdır. Oxuya bilməyən neyləsin? Səsinə və sənətinə güvənməyənlər maşını qəzaya düşəndə, xəstəxanaya gedəndə dərhal jurnalistləri başlarına yığırlar. Belə reklamdansa sənətlərini nümayiş etdirsələr, daha yaxşı olar. Kimsə "bayquş" sözümə cavab versə, deməli, özünü bayquş hesab edir".

F.Laçın xalq artisti Mələkxanım Əyyubovanın qısa geyimdə muğam oxuyanları qınamasına da cavab verib:

"Şalvar geyinib muğam oxuyanları xoşlamırsansa, baxma! Şalvarda da, qısa geyimdə də muğam oxumaq olar. Bəlkə o, elə qəbul edir, amma bu, tərbiyəsizlik deyil".

 

İcmal.Az

RƏYLƏR