Qobustanda çaqqallar yeniyetmə oğlana hücum etdi – FOTO

OXUNUB: 573 SOSİAL

Qobustanda yeniyetmə oğlanı çaqqal dişləyib.

İcmal.Az Report-a istinadən verir ki, hadisə rayonun Cəyirli kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Şirinzadə Turqay Rövşən oğlu məktəbə gedərkən qəfildən çaqqalların hücumuna məruz qalıb. Yırtıcı heyvanlar onun əlini dişləyib.

Qobustan rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilən yeniyetmənin vəziyyəti kafidir. Ona quduzluq əleyhinə vaksin vurulub.

 

İcmal.Az

RƏYLƏR