İcmal.Az axşam.az-a istinadən xəbər verir ki, tarix müəlliməsi işləyən həyat yoldaşı ilə necə evləndiklərindən danışıb: "Xanımım bibimgilin qonşusu idi. Mənə zorla nəsə etdirmək olmaz. Anama deyəndə, deyib ki, bu "əlləm-qəlləm" adamdır, qarışmıram, kimi istəyir alsın... İstək olmadan ailə qurmaq olmaz. Xanımım çalışır, tarix müəlliməsidir".
Z. Kamalın sözlərinə görə, ailədə qısqanclıqlar çox olur: "Evdə sosial şəbəkədən istifadə etmirlər. Qohumlardan kimsə efirdə müğənni ilə çəkdirdiyim şəkilləri "WhatsApp"ına göndərir, deyirlər Zaur belə söz dedi. Özü eşidəndə dərinliyinə getmir. Ətrafdakılar şişirdir, nələrsə deyirlər. Mənim də qadağalarım olur: o olmaz, bu olmaz. Hərdən mənə deyirlər, köhnəfikirli adamsan. Mən belə istəmişəm. Deməsinlər ki, Zaur efirdə nələr danışır, amma həyatda elə deyil. Bu şeyləri hər zaman qorumuşam".
İcmal.Az