Qubada 650 qram çəkidə doğulan uşaq 52 gün sonra...

OXUNUB: 1322 Səhiyyə

Qubada 650 q doğulan oğlan uşağının çəkisi 52 gün ərzində 1620 qrama çatdırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, martın 7-də Quba Regional Perinatal Mərkəzdə 26 həftəlik hamiləlikdən doğulan uşaq həkimlərin səyi nəticəsində artıq sərbəst tənəffüs edir, 25 ml südü əmir və qidanı mənimsəyir.

"Ekstremal az çəkidə doğulan uşağın boyu 2 aya yaxın müddətdə müntəzəm olaraq artıb, kliniki-laborator müayinələrin nəticələri artıq norma daxilindədir.
Ölkəmizdə fəaliyyət göstərən Perinatal Mərkəzlərdə, Doğum evlərində, III səviyyəli doğuşayardım tibb müəssisələrində yaradılan şərait problemli doğuşlar zamanı əksər hallarda yüksək nəticə əldə etmək imkanını artırır.
Azərbaycanda qəbul edilən "Ana və uşaqların sağlamlığının qorunması" Dövlət proqramı çərçivəsində Quba Regional Perinatal Mərkəzi də bütün doğuşayardım tibb müəssisələri kimi müasir tibbi avadanlıqlarla təchiz edilib, kadr potensiyalı gücləndirilib”.

İcmal.Az

RƏYLƏR