"Natura+" və "Proposil" apteklərinin müdirinə hökm oxundu

OXUNUB: 2320 Səhiyyə
Bakıda dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrinin satışını həyata keçirən məşhur apteklər şəbəkəsinin müdirinə hökm oxunub. 

 1988-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş 169 nömrəli "Natura+" və 389 nömrəli "Proposil"  apteklərinin müdiri vəzifəsində işləyən İlham Məmmədov (ad-soyad-şərti) saxlanılıb. 

Ona Cinayət Məcəlləsinin 200-1.2.3 və 308.1-ci maddələri ilə cinayət işi açılıb. İttihama əsasən o, sözügedən apteklərdə yararlılıq müddətinin bitdiyini bildiyi, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməyən külli miqdarda dərman vasitələrini satmaq məqsədi ilə əldə etməklə saxlayıb. 

Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 9 iyun 2022-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin dərman vasitələri qeyd edilən apteklərin xüsusi saxlanc yerində aşkar olunub.

Məhkəmənin hökmü ilə apteklərini müdiri Cinayət Məcəlləsinin 200-1.2.3 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətə dərman satışı və bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşgul olmaq hüququndan məhrum edilməklə 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Aşkarlanan yararlılıq müddəti 2022-ci ilin fevral ayınadək olan 1 qutu "Famvir 250mg N21 tab” adlı, yararlılıq müddəti 2022-ci ilin may ayınadək olan 3 qutu "Qranosite 34 N1 flakon” adlı, yararlılıq müddəti 2022-ci ilin iyun ayınadək olan 1 qutu "Azaram 50 mq N100” adlı, yararlılıq müddəti 2022- ci ilin may ayınadək olan 2 qutu "Xarelto 15mq N28 tab” adlı və yararlılıq müddəti 2022-ci ilin iyun ayınadək olan 2 qutu "Spiriva 18mkq N30 kaps” adlı dərman vasitələri məhv edilib. 

1 qutu "Adalat 30mg N20 TAB” adlı, 1 qutu "Humira Pen N2” adlı, 1 qutu "Ovitrelle N1 shpris” adlı, 2 qutu "Kalsium folinat N1 flakon” adlı, 5 qutu "Vinkristin 1mq 1ml N1” adlı, 2 qutu "Strattera 60mq N28” adlı, 1 qutu "Enoksaparin N1” adlı, 1 qutu "Cipralex 10mg N28” adlı, 1 qutu "Altuzan 400mq N1 flakon” adlı, 2 qutu "Gardasil 0.5ml N1 spric” adlı, 1 qutu "Cinnal F 75 İU N1 flakon” adlı, 1 qutu "Prevenar 13 0.5ml N1” adlı, 1 qutu "Xoplat 50İU N1” adlı, 2 qutu "Ferrum Hausmann 30ml” adlı, 3 qutu "Aferin 150ml sirop” adlı, 4 qutu "Peditus 100ml” adlı, 2 qutu "Kalsimaks D3 N40 shipuci” adlı, 1 qutu "Melitide N1” adlı, 1 qutu "Rizodeg 100 U/ml N5 rucka” adlı, 1 qutu "Qenotropin 12mg N1 kalem” adlı, 1 qutu "Herseptin 150mq N1 fl” adlı, 1 qutu "Salbutamol-Teva N1” adlı, 12 qutu "Leykeran 2q N25 tab” adlı, 7 qutu "Doksorubisin-Ebeve N1” adlı, 2 qutu "Remikeyd 100mq N1 fl” adlı, 1 qutu "Peqasis 180mg rucka N1” adlı, 2 qutu "Altuzan 100mq 4ml N1 fl” adlı, 1 qutu "Sistein-Ultra 10ml” adlı, 0,4 qutu "Karipain N5” adlı, 1 qutu "Nootropil 800 N28” adlı, 2 qutu "Qaviskon 150ml sirop” adlı, 1 qutu "Dolgit 25gr N1” adlı,1 qutu "Ditilin N5” adlı, 1 qutu "Protamin Sulfat N10” adlı, 1 qutu "Aktemra 400mg N1” adlı, 1 qutu "Stuqeron 25mg N50” adlı, 2 qutu "İnsultard N1” adlı, 3 qutu "Avodart N28” adlı, 9 qutu "Erius N14” adlı, 21 qutu "Diabeton MR N28” adlı, 1 qutu "Lukrin Depot N1 flakon” adlı və 3 qutu "Prednol 4mq N20 TAB” adlı, 1 qutu "Prednol 16mq N20 tab” adlı, 6 qutu "Prednol 20mq N1 amp” adlı, 0,5 qutu "Sialis 5mq N28 tab” adlı, 1 qutu "Panziga 2,5gr 25ml” adlı, 2 qutu "Aktemra 20mg N1 flakon” adlı, 1 qutu "Humira Pen N2” adlı, 2,5 qutu "Estolam 10mg N28 tab” adlı, 1 qutu "Diklofenak 3ml N5 amp” adlı, 1 qutu "Plaviks 75mg N28” adlı, 1 qutu "Kardura 4mg N30” adlı, 1 qutu "Ritmonorm 150mg N30 tab” adlı, 2 qutu "Ursofalk 250ml sirop” adlı, 4 qutu "Veroshpiron 25mq N20” adlı, 3 qutu "Prednol 250mq N1 amp” adlı, 1 qutu "Blemaren N80 shipuci” adlı, 0,8 qutu "Apidra N5” adlı, 3,5 qutu "Ventolin nebu N20” adlı, 1 qutu "Aktemra 400mg N1 flakon” adlı, 0,6 qutu "Veroshpiron 100mq N30” adlı, 5 qutu "Tamoksifen 20mq N30” adlı, 1 qutu "Levemir 100U/ml N5” adlı dərman vasitələti dövlət nəfinə müsadirə olunub. 

RƏYLƏR