İcmal.Az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Cimi kəndində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Alxasov Maarif Qazəhməd oğlu həmkəndlisi 1983-cü il təvəllüdlü Əhmədov Vətən Vəkil oğluna balta ilə xəsarət yetirib. Xəsarət alan şəxs dünyasını dəyişib. Hadisənin tərəflər arasında yaranan münaqişə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.
İcmal.Az