7NEWS.az xəbər verir ki, modul tipli xəstəxanaların açılışında Azərbaycan Prezidenti İlham Əliyevin nitqi ölkəmizdə koronavirus pandemiyası ilə uğurlu mübarizə, dövlətin həyata keçirdiyi tədbirlər, müvafiq strukturların uğurlu fəaliyyəti, beynəlxalq humanitar yardımlar, Azərbaycanın beynəlxalq miqyasda birləşdirici təşəbbüsləri və liderlik fəaliyyəti, vətəndaş məsuliyyəti, cəmiyyətimizdə həmrəylik və birlik və digər məsələləri əhatə edən geniş nitq söyləyib.
Nitqə münasibət bildirən millət vəkili Ramil Həsən ölkə başçısının açılışda söylədiyi fikirlərin hər birimiz üçün vacib olduğunu dedi: "Bu gün koronovirusla mübarizədə Cənab Prezident İlham Əliyevin ortaya qoymuş olduğu iradə, qətiyyət xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. Prezidentin mövcud durumda həyata keçirdiyi siyasət dövlətimizə minimum itki ilə bəladan yan keçmə imkanı qazandırdı. Bundan başqa ölkə başçısı açılışda, tətbiq edilən qanunlara xalqımızın riayət etməsinin vacib olduğunu demiş, eyni zamanda, bizimçün önəmli olan tapşırıqlar vermişdir. Prezident, həmçinin, elementar gigiyenik qadalarla bağlı əyani nümunələr göstərdi. Xüsusən, qapalı məkanlarda maska, əlcəkdən istifadə və sosial, fiziki məsafənin qorunması hər birimizi üçün önəmlidir, zəruridir. Bundan başqa karantin dönəmində ehtiyac olmadığı təqdirdə küçələrə, parklara çıxaraq sıxlıq yaratmağın təhlükəli olduğunu hər birimiz bilirik. Bu addımlar həm özümüz, həm də ətrafda olan insanlar üçün çox təhlükəlidir. Bilirsiniz ki, ötən həftə sərt karantin rejimi tətbiq olundu. Düzdür, Prezidentin qeyd etdiyi kimi, xalqımızın mütləq əksəriyyəti qaydalara riayət etdi, qanunlara hörmətlə yanaşdılar. Lakin çox az sayda insanlarımız bu prosesdə süni ajiotaj yaratmağa, polisin əmrlərinə tabe olmama cəhdləri etdilər. Hesab edirəm ki, hüququ mühavizə orqanları birbaşa vətəndaşlarımızın hüquqlarını qorumaqla məşğuldurlarMəhz buna görə, ictimai asayişin qorunmasını hər birimiz təmin etməli, polisin və həkimlərin fədakar fəaliyyətini yüksək qiymətləndirməliyik. Düşünürəm ki, biz əksinə, tətbiq olunan qaydalara riayət etməklə hüquq mühavizə orqanlara dəstək olmalı, onların işini yüngülləşdirməliyik. Hər birimiz bu ölkənin vətəndaşlarıyıq, bir birlikdə həm Prezidentin, həmdə 1-ci Vitse-Prezidentin tapşırıq və tövsiyyələrini diqqətdə saxlamalı və beləlikdə, öz dövlətimizi qorumalı, ona sahib çıxmalıyıq”
Ana səhifə
/
SİYASƏT / Ramil Həsən: “Prezidentin açılışda söylədiyi fikirlər fəaliyyətimiz üçün uğurlu yol xəritəsidir”
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
18.05.2024, 11:03 / SİYASƏT -
100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
13.05.2024, 16:27 / GÜNDƏM, Özəl, SİYASƏT -
Onlar Şuşaya getmədilər - Kardaşyanın ölmüşü, yazılası şey deyil...
12.05.2024, 16:04 / SİYASƏT -
Bizim “ağsaqqal tövsiyyəsi”nə ehtiyacımız yoxdur, cənablar!
11.05.2024, 17:43 / SİYASƏT -
“Bunlar ailəsindən bixəbər binamuslardır!” – Elşən Musayev “söyüş müxalifəti”nə od püskürdü!!!
10.05.2024, 15:24 / Özəl, SİYASƏT -
Vüqar Rəhimzadə: Ermənistan ikili oyun oynamaqla həm Rusiya, həm də Qərbə xəyanət edir
10.05.2024, 13:26 / SİYASƏT -
“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
09.05.2024, 13:59 / Özəl, SİYASƏT