RİİB-in dəstəyi ilə 1-ci dərəcəli əlil vətəndaşın evi təmir olundu - Fotolar

OXUNUB: 148 index-manşet SOSİAL

"Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Türkan qəsəbəsi sakini, birinci dərəcəli əlil Nadirov İlqar Fərrux oğlunun evi təmir olunub.

2021-ci il mart ayının 17-də 14 saylı Xəzər seçki dairəsindən Milli Məclisin deputatı Soltan Məmmədovla görüşdə İlqar Nadirov ona məxsus fərdi evinin yaşayış üçün yararsız olduğunu və təmir işlərində kömək göstərilməsini xahiş edib. 4 ailə üzvü ilə birgə yaşayan İlqar Nadirov kənd ərazisində pinəçi kimi fəaliyyət göstərib, lakin pandemiya dövründə işini müvəqqəti olaraq dayandırmalı olub.

Deputat Soltan Məmmədovun müraciəti əsasında "Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə vətəndaşın həyətyanı sahəsində mövcud yarımçıq tikili başa çatdırılaraq tam təmir olunub. Evdə istilik sistemi quraşdırılıb, eyvan tikilib və təmir olunub. Eyni zamanda ailə üzvlərindən ikisinin fiziki məhdudiyyətli şəxs olduğu nəzərə alınaraq əlil arabasında rahat hərəkətini təmin etmək üçün evin qarşısında xüsusi pandus da quraşdırılıb.

 

Qeyd edək ki, Milli Məclisin deputatı Soltan Məmmədovun müraciəti əsasında Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Xəzər rayonunda 11 aztəminatlı ailənin evlərinin təmirinə kömək göstərilib. Evləri təmir olunan vətəndaşlardan 5 nəfəri Vətən müharibəsi qazisi, 4-ü birinci dərəcəli əlil, 2-si isə aztəminatlı ailədir.

Evin əvvəlki vəziyyəti:

Təmirdən sonra:

 

 

 

 



 

RƏYLƏR