Ronaldudan TƏQDİRƏLAYİQ ADDIM : yüzlərlə insanın həyatını belə xilas etdi

OXUNUB: 739 İDMAN

"Real"ın hücumçusu Kriştianu Ronaldu növbəti dəfə xeyirxah addım atıb.

İcmal.Az qol.az-a istinadən xəbər verir ki, ulduz futbolçu bu dəfə Portuqaliya-İspaniya sərhədində baş vermiş yanğından xəsarət alan insanlara yardım edib.

 

Bu haqda Ronaldunun bacısı Katya Aveyru Facebook-da yazıb. O bildirib ki, Kriştianu 370 nəfərə göstərilən tibbi xidmətin haqqını ödəyib.

Qeyd edək ki, 2 dövlət arasındakı yanğın zamanı 45 nəfər həyatını itirib.

 

İcmal.Az

RƏYLƏR