Rusiya terror təşkilatları ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşının həbs müddətini uzatdı

OXUNUB: 801 HADİSƏ

Rusiya Ali Məhkəməsi Azərbaycan vətəndaşı Ramil Mirzəmovun həbs müddətini artırıb.

Məhkəmənin mətbuat xidmətindən bildiriblər ki, 4 tələbəni İraq və Suriyadakı beynəlxalq terror təşkilatlarına cəlb edən R. Mirzəmov 8 il əvəzinə 8 il 4 ay həbsdə olacaq.

Məhkəmənin qərarına əsasən, R. Mirzəmov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.   

Bildirilir ki, R. Mirzəmovun terror təşkilatlarına cəlb etdiyi iki tələbə 2014-cü ilin may ayında İraq və Suriyaya döyüşməyə yollanıb, digər iki nəfər isə onun əleyhinə ifadə verib./oxu

İcmal.Az

RƏYLƏR