Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə ölüb

OXUNUB: 567 HADİSƏ

Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə bu gün xəstəxanada keçinib.

İcmal.Az-ın xəbərinə görə, bu barədə APA-nın Rusiya bürosuna Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib.

O, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Mustafayevi xilas etməyin mümkün olmadığını söyləyib.

Qeyd edək ki, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR