Rusiyada yeni diaspor təşkilatı yaradılır - КАР ÜAK-ın varisi olacaq?

OXUNUB: 191 SİYASƏT

Rusiyada Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ləğv edildikdən uzun müddət sonra Fazil Qurbanovun rəhbərliyi ilə keçmiş ÜAK rəhbərliyi yeni diaspor təşkilatı yaradır.



Bu barədə Diasporpress.az-a keçmiş ÜAK rəhbərliyinə yaxın mənbə bildirib. Verilən məlumata görə, təşkilatın adı akademik Fazil Qurbanovun təklifi ilə "Rusiya Azərbaycanlıları Konfederasiyası" adlanacaq, təşkilatın yeni logosu da artıq hazırdır. Yeni təşkilat, çox güman ki, keçmiş ÜAK-ın bazasında fəaliyyət göstərəcək. Rusiya azərbaycanlıları arasında heç bir nüfuz sahibi olmayan, həmvətənlərimizin hər zaman gülüş obyektinə çevrilən, hətta dəfələrlə adı dələduzluqda hallanan Yaşa Paşayevin "KAP"-ın içraçı direktoru olacağı bildirilir.
Məlumatı verən mənbə qeyd edib ki, yeni struktur yaradılarsa, onun tərkibinə həm ÜAK üzvləri, həm də son illərdə diasporun fəaliyyətində fəal iştirak etmiş yeni simalar daxil olacaq. Yeni təşkilatın strukturu və onun nizamnaməsi ÜAK-dakına bənzər olacaq. KAP-ın fəaliyyətində vaxtilə ÜAK-ı tərk etmiş böyük azərbaycanlı iş adamlarının iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, 2017-ci il mayın 15-də Rusiya Ali Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin "Ümumrusiya Azərbaycan Konqresi" (ÜAK) təşkilatının nizamnaməsinin Rusiya qanunvericiliyinə uyğun olmaması səbəbindən ləğv edilməsi barədə iddiasını təmin edib. Sentyabrın 19-da Rusiya Ali Məhkəməsinin Apellyasiya Şurası ÜAK-ın ləğvi ilə bağlı qərarı qüvvədə saxlayıb.
 
İcmal.Az

RƏYLƏR