Tanınmış rusiyalı modellər, əkiz bacılar Adelina və Alina Fatheyeva Bakıya istirahətə gəliblər.
İcmal.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, modellər paytaxtın mərkəzi küçələrini gəziblər, Xəzər dənizi sahilində olublar.
"Yerdə cənnət var. Biz səni sevirik, Bakı. Bu hisləri sözlə ifadə etmək olmaz”, - bacılar bildiriblər.
Qeyd edək ki, əslən Kazandan olan baxılar əsasən, açıq-saçıq fotosessiyalarda, videolarda və məşhurların layihələrində çəkilirlər.
İcmal.Az