Rusiyanın məşhur şanson ifaçısı qətlə yetirilib

OXUNUB: 860 ŞOU-BİZNES

Rusiyanın şanson mahnılar ifaçısı Pyotr Qara (Pyotr Petrenko) Moskvada yerləşən mənzilində ölü tapılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi rəisinin böyük köməkçisi Yuliya İvanovaya istinadən TASS məlumat yayıb.

Onun sözlərinə görə, fevralın 19-da "Severnı bulvar”da yerləşən yaşayış evinin mənzilində 1984-cü il təvəllüdlü kişi meyiti tapılıb.

"Vizual baxış zamanı beş bıçaq yarası şəklində zorakı ölüm əlamətləri aşkar edilib”, - deyə İvanova əlavə edib.

Faktla bağlı cinayət işi qaldırılıb./oxu

İcmal.Az

RƏYLƏR