Sahibkarlarla növbəti görüş Zərdabda keçirilib

OXUNUB: 25 QHT

"Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Region sahibkarlarına vergi məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində növbəti görüş 25 iyun 2019-cu il tarixində Zərdab rayonunda keçirilmişdir. Tədbiri giriş sözü ilə açan "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin sədriCavid Əliyev bildirmişdir ki, layihənin əsas məqsədi regionlarda istehsal və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlar həmçinin QHT-lər arasında vergi məcəlləsinə edilmiş dəyişiklərlə bağlı maarifləndirmə işinin təşkili və bu kateqoriyaya aid olan qruplara hesabatlarında yaranmış problemlərlə bağlı dəstək göstərməkdir. Daha sonra vergi sahəsində ekspert Abdullayev Abdulla vergi məcəlləsinə edilmiş dəyişikliklər mövzusunda çıxış etmişdir. Görüşdə həmçinin region üzrə ərazi vergilər idarəsinin əməkdaşı Üzeyir Qafarlı iştirak etmiş sahibkarların suallarını cavablandırmışdır. Görüş qarışıqlı müzakirələr formatında davam etmişdir.

Qeyd edək ki, belə görüşlərin daha iki rayon Quba və Şamaxı rayonlarında keçirilməsi nəzərdə tutulmuşdur.

 

RƏYLƏR