Saleh Məmmədovun daha bir milyarlıq mülkü ortaya çıxdı - SÜBHAN MƏMMƏDOVUN "SMS"i

OXUNUB: 553 Özəl GÜNDƏM İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Həbib Müntəzir məlumat verib: "Bura 6 ildir Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin olunan Saleh Məmmədovun yeni otel-malikanəsidir. Gəncə-Hacıkənd yolunun üstündə, Göygöl rayonunun Aşıqlı kəndi yaxınlıqda tikilib. Yol 2 il öncə genişlənməyə başlayanda tikdirməyə başlamışdı. 3 hektardan çox olan ərazidə "Tərəqqi" ordeni almış Saleh Məmmədova məxsus otel, restoran, yanacaqdoldurma məntəqəsi və koteclər də fəaliyyət göstərir. 

Ölkədəki bütün SMS adlı yanacaqdoldurma məntəqələri Saleh Məmmədovundur. SMS mənası isə yol oliqarxının ən kiçik oğlu Sübhan Məmmədov Saleh oğlunun ad, soyad və atasının adlarının baş hərfləridir. 

Keçən il dövlət zəmanəti ilə xaricdən borc alan ən iri şirkət AAYDA olub, 3 milyard 578 milyon 300 min dollar. Qaytara bilməyəndə də, dövlət büdcəsindən, sizin cibinizdən ödəyəcəklər.
 

RƏYLƏR