Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb - YENİLƏNİB - SİYAHI

OXUNUB: 513 HADİSƏ

Salyanın Noxudlu kəndi ərazisindən keçən yeni Ələt-Astara yolunda qeydə alınan yol-nəqliyyat hadisəsində xəsarət alanların adları açıqlanıb. 

Onlar Cəlilabad sakini, 1990-cı il təvəllüdlü Səlimov Aləddin Camaləddin oğlu, Bakı sakini Məmmədov Vüqar Kamil oğlu, Neftçala sakini, 1976-cı il təvəllüdlü Babayev İltimas Qorxmaz oğlu, Bakı sakini, 1977-ci il təvəllüdlü Quliyev Səbuhi Ceyhun oğlu və Şirvan şəhər sakini Hüseynov Səbuhi Arif oğludur.

 

08:06

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə bu gün səhər saatlarında rayonun Noxudlu kəndi ərazisindən keçən yeni Ələt-Astara yolunda qeydə alınıb. 

"Niva” markalı avtomobillə "KİA” markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR