Şamaxıda istirahət və sağlamlıq mərkəzində yanğın olub

OXUNUB: 711 HADİSƏ

Bu gün Şamaxı rayonunda istirahət və sağlamlıq mərkəzinin ərazisində olan ikimərtəbəli, taxta konstruksiyalardan ibarət tikilinin dam örtüyünün yanar konstruksiyaları 700 m2 sahədə yanıb.

 

 İcmal.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

İcmal.Az

RƏYLƏR