“Samtredia” – “Qarabağ” oyununun yeri və saatı bəlli oldu

OXUNUB: 1030 İDMAN

Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Samtredia” – "Qarabağ” oyununun başlama saatı müəyyənləşib.

İcmal.Az  UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbər verir ki, komandalar arasında cavab matçı iyulun 18-i Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşma Tiflisdəki Boris Payçadze adına "Dinamo” stadionunda keçiriləcək. 

Xatırladaq ki, iyulun 11-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk oyun da saat 21:00-da başlayacaq.

İcmal.Az

RƏYLƏR