“Şanxay, Bakı” filminin nümayişi olacaq - VİDEO

OXUNUB: 1167 MƏDƏNİYYƏT

Mayın 12-də Anton Çexovun "Dəcəl oğlan” hekayəsinin motivləri əsasında lentə alınan "Şanxay, Bakı” filminin "YARAT” Müasir İncəsənət Mərkəzində nümayişi baş tutacaq. 

Filmin məzmunu belədir: Samir həvəskar kinorejissordur. O, öz despot atası və böyük bacısı Roza ilə neftlə zəngin Bakının yaxınlığında yerləşən "Şanxay” adlanan məhəllədə gecəqonduda yaşayır. Bir dəfə Samir təsadüfən Rozanın sevgilisi Moskvada yaşayan azərbaycanlı emiqrant Rasim ilə olan intim anlarını videoya çəkir. Samir ictimai qınağın gücünü və atasının mühafizəkar həyat baxışlarını bilərək Roza və Rasimi kompromat video ilə hədələyir.

Filmin rejissoru Teymur Hacıyevdir. O, rejissor kimi 2013-cü ilin sentyabrında ilk "Yara” adlı qısa filmini çəkib. Həmin filmin premyerası ABŞ-da "Palm Springs ShortFest” qısametrajlı film festivalında olub. 2015-ci ilin martında o, ikinci "Şanxay, Bakı” adlı qısametrajlı filmini lentə alıb, onun nümayişi isə Finlandiyada "Tampere Film Festivalı”nda baş tutub. 

Qeyd edək ki, filmin nümayişinə giriş sərbəstdir./oxu.az

 

İcmal.Az

RƏYLƏR