Səhiyyə Nazirliyindən ana ölümü ilə bağlı AÇIQLAMA

OXUNUB: 895 SOSİAL

Səhiyyə Nazirliyi Bakıda 7 saylı doğum evində baş verən ana ölümü ilə bağlı açıqlama verib.

İcmal.Az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova report-a bildirib ki, hadisə ötən gün qeydə alınıb.

Onun sözlərinə görə, Türanə Məmmədova Xroniki Qepoksiya diaqnozu ilə 7 saylı doğum evinə daxil olub: "Həmin gün saat 12:30-da qeysəriyyə kəsiyi ilə əməliyyat aparılmış 3 kilo 300 q çəkidə diri oğlan uşağı azad olub. Əməliyyatdan sonra uşaqlıqda kəskin qanaxma başlamışdı. Bütün lazımi reanimasiyon tədbirlər görülüb. Görülən tədbirlərə baxmayaraq, zahılıq dövrünün birinci sutkasında Türanə Məmmədovada bioloji ölüm baş verib".

 

S.Əhmədova onu da qeyd edib ki, meyitin patoloji anatomik müayinəsi təşkil edilib: "Hazırda nazirliyin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır. Nəticələr məlum olandan sonra açıqlama veriləcək".

İcmal.Az

RƏYLƏR