Səidə Sultan: Tolik məndən qorxub “Maşın”dan getdi

OXUNUB: 1659 ŞOU-BİZNES

Xəbər verdiyimiz kimi, "Maşın” realiti şousunun ötən gün yayımlanan buraxılışında prodüser Tolik (Tarix Əliyev) əlini avtomobildən çəkərək yarışmanı tərk edib.

İcmal.Az xəbər verir ki, müğənni Səidə Sultan prodüserin şoudan bu şəkildə ayrılmasına münasibət bildirib.

"Tamaşaçı səsverməsinə çıxıb Toliki uzaqlaşdırmalı idim. Tolik bunu anladı və məcbur olub avtomobildən əlini çəkdi. O, mübarizə apara bilmədi, qorxdu”, - deyə ifaçı verilişdə vurğulayıb.

Tolik isə S.Sultana sosial şəbəkə vasitəsilə cavab verib.

"Səidə, sən mənə ən axırıncı rəqibsən. Hələ sən özünü bu xalqa tanıt sonra... Mənim bu ölkəyə xeyrimi sənin kimi "müğənniciklər” bilməz. Sənə dedim ki, qarşımda Nəsib var (aparıcı Nəsib Nur, Səidənin bacısının həyat yoldaşı – red.), ona hörmət edirəm. "Maşın” 17 gündən sonra bitir, amma mən qalacağam. Mən çıxanda sözümü dedim, arxamca şir olmusan. Bir azdan orada rəqabət çox gərgin olacaq. Mənim əsəblərim və sağlamlığım buna tab gətirməyəcək. Bəzilərinin arzusu ürəyində qaldı, onlara "Toliki çıxartdım” demək, nəsib olmadı”, - deyə prodüser yazıb.

İcmal.Az

RƏYLƏR