Şəkidə ağır yol qəzası törədən Qasımov Təvəkkül Qasım oğlu həbsdən yayınıb.
Miq.az-a daxil olan məlumatda deyilir ki, Təvəkkül Qasımov aprelin 11-də idarə etdiyi avtomobillə Şəki sakini Oqtay Əbdürrəhmanovu vurub. Hadisə nəticəsində Oqtay Əbdürrəhmanov dünyasını dəyişib. Təvəkkül Qasımov isə olay yerindən qaçıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2(ehtiyatsızlıqdan ölümlə nəticələnən yol nəqliyyat hadisəsi ) və 264 (Yol nəqliyyat hadisəsi yerindən qaçma)-cü maddələri iə cinayət işi başlanıb. Təvəkkül Qasımov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Şəki Rayon Məhkəməsinə tqədimat verilib. Lakin hakim Elmin Mehdiyev təqdimatı rədd edib. İddia olunur ki, Təvəkkül Qasımovun həbsdən yayınmasında hakim köməkçisi Atamoğlan Məmişovun xüsusi rolu olub.