Səkinə İsmayılova: Muğama yaradıcı yanaşan xanəndə azdır

OXUNUB: 118 MƏDƏNİYYƏT

Xanəndə var ki, bir muğamı oxuyub, amma yüz il də elə o cür oxuyur: tamaşaçı bezib, söndürür ekranı, onu dinləmir.

Bunu tanınmış xanəndə, Xalq artisti Səkinə İsmayılova deyib.

"Amma tamaşaçı var ki, hansı yaşda olmasına baxmayaraq, fərqli, özünəməxsus ifa edən muğam ifaçılarını dinləyir, onları əsl xanəndə kimi qəbul edir. Açıq deyim ki, belə xanəndələrimiz də çox deyil”, - deyən Xalq artistinin sözlərinə görə, barmaqla sayılan xanəndələrimiz var ki, onlar muğama yaradıcı yanaşır və bir sənətkar olaraq, bunu çox gözəl qarşılayır.
 
"Mənim üçün əsl xanəndə budur. Xanəndə var  ki, 55 yaşı var, 60 yaşı var, 70 yaşı var, amma çıxır "qızıl” xırdalayır. Bəlkə də, evin hansısa küncündəsən, ancaq o öz ifası ilə sənə deyir gəl buraya, yaxına gəl, gəl mənə qulaq as. Ancaq elələri də var ki, illərdir eyni qəzəli oxuyur, baxırsan, görürsən, deyirsən, ay Allah, elə mən 30 il bundan qabaq da bu xanəndədən bu qəzəli eşitmişəm. Hətta elə tamaşaçı var ki, əzbər bilir bu qəzəli...”, - deyə S. İsmayılova sözlərinə əlavə edib./oxu

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}