Sərdar Ortaç Sevgililər günü üçün həyat yoldaşından elə bir şey istədi ki...

OXUNUB: 649 ŞOU-BİZNES

Türkiyəli müğənni Sərdar Ortaç model həyat yoldaşı Xloya Louqhnandan 14 fevral Sevgililər günündə ona "Playstation” və ya "İphone X” hədiyyə etməsini istəyib.

 Müğənni dünən restorandan çıxarkən görüntülənib. O, çıxışda mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Müxbirlərin "Sevgililər günündə xanımınıza nə alacaqsınız?” sualına müğənni "Keçən il gül almışdım. Bu ildə gül alacağam. Amma Xloya mənə "Playstation” və ya "İphone X” alsa super olar" deyərək zarafat edib.

Daha sonra S.Ortaç nişan üzüyünü göstərib onu 400 TL-yə (təxminən 200 manat) aldığını deyib: "Bu üzüyü 400 TL-yə almışdıq. Bizim bahalı hədiyyə həvəsimiz yoxdur”./publika


 

İcmal.Az

RƏYLƏR