Sınaq imtahanının doğru cavabları açıqlanıb

OXUNUB: 1040 SOSİAL

Dövlət İmtahan Mərkəzi mayın 27-də keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri) istifadə olunan test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.

İcmal.Az-ın DİM-ə istinadən verdiyi məlumata görə, abituriyentlər test tapşırıqlarının doğru cavab etalonları ilə http://tqdk.gov.az/exam/pretest/ ünvanından tanış ola bilərlər.

Qeyd edilib ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahanın nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan ("Azercell”, "Bakcell”, "Nar”) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

İcmal.Az

RƏYLƏR