SON DƏQİQƏ! Aeroport yolunda avtobus partladı — VİDEO

OXUNUB: 646 HADİSƏ

Bakıda Aeroport yolundan Bakıxanov istiqamətinə gedən yolda nəqliyyat vasitəsi yanır.

 

"Qafqazinfo” xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, yanğın partlayışdan sonra başlayıb.

***

Hadisə şahidləri avtobusun partladığını bildiriblər.

***

FHN-nin mətbuat katibi Gülçin Mehdiyeva "Qafqazinfo"ya bildirib ki,  208 saylı sərnişin avtobusu qaraja gedərkən alışıb. Avtobus boş olub. Yanğın Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb. Xəsarət alan yoxdur.

 

 


RƏYLƏR