SON DƏQİQƏ: Kəmaləddin Heydərovun şirkətində kütləvi şəkildə işdən çıxarılmalar başladı

OXUNUB: 965 GÜNDƏM Özəl İQTİSADİYYAT
Ölkədə virus pandemiyasına qarşı mübarizə məqsədi ilə hökumət sosial problemlərinin həlli üçün mümkün tədbirləri gördüyü bir zamanda "Gilan Holdinq”in "Milla” ("AZFP Co. LTD” MMC) süd zavodu onlarla təcrübəli əməkdaşını işdən çıxarıb.

AzToday.az-a daxil olan şikayətlərdə bildirilir ki, şirkətin direktoru Samir Şirinov, müavini Pərviz Hüseynzadə və logistika şöbəsinin müdiri İsmayıl Tanrıverdiyev müxtəlif bəhanələrlə uzun illər "Milla”da çalışan təcrübəli işçiləri işdən çıxarmağa başlayıb. Onların əvəzinə isə şirkət rəhbərliyinin qohum və tanışları işə götürülür. Bu prosesdə xüsusi ilə İsmayıl Tanrıverdiyevin adı çəkilir. Belə ki, İsmayıl Tanrıverdiyevin yaxın bir ay ərzində xeyli tanış və qohumunu "Milla”da işlə təmin etdiyi bildirilir.

"Son aylar ümumiyyətlə "Milla”da SV ilə işə götürülən olmayıb. Yeni işə götrülənlərin hamısı ilk olaraq İsmayıl Tanrıverdiyevin otağından keçib, SV-lərini kadrlar şöbəsinə verib. Bir sözlə şirkətdə özbaşınalıq var. Heç bir əsas olmadan təcrübəli işçilər işdən çıxarılır. Şirkət direktoru Samir Şirinova etdiyimiz şikayətlərimizin də heç bir xeyri yoxdur. Hamımız ailəliyik, kredit borclarımız var. Bu vəziyyətdə neynəcəyimizi bilmirik”.

Şikayətlərdə həmçinin bildirilir ki, "Milla” haqsızlıqla üzləşən işçilər yaxın günlərdə şirkətdə baş verən qanunsuzluqlarla bağlı "Gilan” Holding rəhbərliyinə müraciət edəcəklər…

Şirkətin də mövqeyini dərc etməyə hazırıq.

RƏYLƏR