Spikerlərin Sammiti işə başladı

OXUNUB: 671 SİYASƏT

İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 25-ci ildönümünə həsr olunmuş Spikerlərin Sammiti işə başlayıb.

İcmal.Az xəbər verir ki, Milli Məclisin (MM) sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Sammitdə iştirak edir. 

QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin başçısı, deputat Eldar Quliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim və digər rəsmi şəxslər Azərbaycan nümayəndə heyətinin tərkibinə daxildir.

Sammitin rəsmi açılışında QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyev çıxış edib.

Sonra təşkilatın əhatə etdiyi coğrafiyanın iqtisadi imkanlarını xarakterizə edən film nümayiş olunub.

Təşkilatın 25 illiyi ilə əlaqədar Birgə Bəyanatın qəbul edilməsi nəzərdə tutulub.

İcmal.Az

RƏYLƏR