Stolüstü tennis yığmamız da qızıl medal uğrunda yarışacaq

OXUNUB: 952 İDMAN
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis turniri davam edir.

İcmal.Az Trend-ə istinadən bildirir ki, qadın idmançılardan ibarət yığmamız yarımfinalda Pakistan komandası ilə qarşılaşıb.

Daha dəqiq oynayan təmsilçilərimiz qızıl medal uğrunda mübarizəni davam etdirəcəklər - 3:0.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR