“Stomatoloji xidmət haqqında” qanun layihəsinin hazırlanması təklif olundu

OXUNUB: 629 SOSİAL

Azərbaycanda "Stomatoloji xidmət haqqında” qanun layihəsinin hazırlanmasına ehtiyac var. 

Bu təkliflə Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı adıçəkilən komitənin bugünkü iclasında çıxış edib.

O deyib ki, ölkədə stomatoloji kabinetlərin də sayı artır:

"Belə bir qanunun yazılması vacibdir”.

Onun sözlərinə görə, bu qanun layihəsi MM-in digər komitələrində də təbliğ edilməlidir:

"Çünki reproduktiv sağlamlıq ailənin qorunması, gənc nəslin yetişməsi deməkdir. Çox təəssüf ki, "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi dedikdə onun hansısa bəndini tutaraq, bu layihəyə kölgə salırlar”.

Komitənin üzvü İlham Məmmədov isə qeyd edib ki, şəkər xəstələri üçün dərman bazarının mühüm strateji sahə kimi qiymətləndirilməsi lazımdır.

Deputat  Rəşad Mahmudov da öz növbəsində qeyd edib ki, 2017-ci ildə Azərbaycanda əhali arasında ölümün ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub:

"Həmin göstərici 57,8 faiz olub ki, bu da çox yüksək rəqəmdir. Bu sahədə dinləmələr keçirməyə böyük ehtiyac var”./oxu

İcmal.Az

RƏYLƏR