Suallardan narazı olan abituriyentlərin nəzərinə: Apellyasiya Komissiyası yaradıldı

OXUNUB: 650 SOSİAL

Mayın 7-də I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) İcmal.Az-a verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apellyasiya Komissiyasına mayın 8-dən 10-dək saat 10-dan 17 dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Qeyd edək ki, Apellyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş vermiş digər hallarla bağlı müraciətlərə baxılmır.

 

İcmal.Az

RƏYLƏR