Sumqayıtda qəbiristanlıq zibilliyə çevrilib - VİDEO

OXUNUB: 544 SOSİAL

Sumqayıt şəhərində qəbiristanlıq zibilliyə çevrilib.

Xezerxeber.az-ın məlumatına görə, tullantılar qəbirlərin ətrafına atılıb, qəbirlərdən çıxan torpaq da həmin əraziyə yığılıb. Hətta bir neçə qəbirin yolu tullantılar səbəbindən keçilməz hala gəlib.

Sakinlərin sözlərinə görə, məzarları ziyarətə gələnlərin əksəriyyəti tullantıları qəbiristanlığın ərazisinə atır.

Sumqayıt sakini İradə Süleymanova deyir ki, qıraq ərazilərdən də buraya zibil atanlar olur.

Qazılan qəbirlərdən çıxarılan torpaqlar da başqa əraziyə daşınmaq əvəzinə buradakı qəbirlərin yanına yığılır. Bu səbəbdən də bəzi qəbirlərin yanında kiçik təpəciklər yaranıb.

Məsələ ilə bağlı qəbirsitanlığın rəhbərliyindən "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşların şikayətləri nəzərə alınıb. Yaxın günlərdə həmin tullantılar ərazidən daşınacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

İcmal.az

RƏYLƏR