Şura QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib -Şirvanda

OXUNUB: 952 QHT
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 27 sentyabr 2017-ci ildə Şirvan şəhərində Saatlı, Sabirabad, İmişli, Hacıqabul, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Masallı və Lənkəranda fəaliyyət göstərən QHT-lərin və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə "QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları" mövzusunda regional konfrans keçirib.

Toplantıda çıxış edən Şirvan şəhər icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov QHT-lərin vətəndaş təşəbbüskarlığının və cəmiyyətin ümumi inkişafında oynadığı roldan danışaraq bu istiqamətdə əldə olunan uğurların davamlı şəkildə həyata keçirilən dövlət siyasətinin nəticəsi olduğunu qeyd edib.
 
 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Şura sədrinin müavini Vüsal Quliyev vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişlənməsində, səmərəliliyinin artmasında dövlətin maraqlı olduğunu, bunun üçün hərtərəfli münbit şəraitin yaradıldığını qeyd edib. Bildirilib ki, son on ildə QHT-dövlət əməkdaşlığı daha yüksək səviyyəyə qalxıb. Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunmasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına mühüm təkan verdiyini vurğulayıb.
 
 
 
Ölkə başçısının bu istiqamətdə apardığı siyasət Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunu xeyli sürətləndirib, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsinə, müxtəlif profilli təşkilatların yaranmasına və s. əlverişli zəmin yaradıb.
V. Quliyev Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun bugünkü dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizin iqtisadi uğurlarını, Azərbaycanın dinamik inkişafını vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmirik.
 
 

Şura Katibliyini icraçı direktoru Fərasət Qurbanov konfrasnda geniş məruzə və təqdimatla ilə çıxış edərək dövlətin QHT sektorunun formalaşması və inkişafı istiqamətində atdığı ardıcıl addımların əhəmiyyətindən və mövcud prioritetlərdən danışıb. İcraçı direktor cənab prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq hazırda ölkəmizin bütün regionlarında QHT-lərin dövlət qurumlarının başlıca partnyoruna çevrildiyini, həmçinin onların müxtəlif dövlət proqramlarının hazırlanması işində də fəal iştirak etdiklərini vurğulayıb.
 
 F.Qurbanov ötən müddət ərzində QHT-hökumət münasibətlərinin əməkdaşlıqdan tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib: "Bu gün QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq bütün sahələrdə ölkənin inkişafına töhfələrini verirlər. Dövlət QHT-lərin fəaliyyət imkanlarının genişlənməsi üçün onlara hər cür dəstək verir. Bunun da nəticəsi olaraq QHT-lər hər il humanitar, ekoloji, sosial, iqtisadi və istiqamətlər üzrə yüzlərə layihə həyata keçirərək vətəndaşların maarifləndirilməsi, ictimai problemlərin həllində fəallıqlarını artırırlar”.

"Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq Şuranın QHT-lərə göstərdiyi xidmətlər haqında danışan Fərasət Qurbanov təmsil etdiyi qurumun QHT-lərin bilik və bacarıqlarını artırmaq, icra etdikləri layihələrin səmərəliliyini yüksəltmək məqsədi ilə gördüyü işlər haqqında da məlumat verib: "Şura yalnız 2016-cı ildə 32 mövzu istiqaməti üzrə 556 layihəyə 5,3 milyon manatdan çox vəsait ayırıb. Bu layihələrdən faydalananların sayı 100 mindən artıq olub. Həyata keçirilən layihələr çərçivəsində 32 kitab nəşr olunub, 23 sayt, 26 film, 29 sosial çarx hazırlanıb”.


Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin sədri Əli Mirzəyev, Şəfəq Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev, "Araz” Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Lütfəli Zeynallı, Gənclər üçün Təhsil Mərkəzinin Şirvan ofisinin rəhbəri Yusif Poladov, Kimsəsiz və Aztəminatlı Ailələrin uşaqlarına mənəvi dəstək İctimai Birliyinin sədri Təranə Əhməd, Tərəqqi Gəncliyin İnkişafı İctimai Birliyinin sədri Raci Səfərov, Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyinin sədri Vüsal Əhmədov, həmçinin rayon icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək layihələrin icra prosesində qarşılıqlı əməkdaşlığın faydaları haqqında danışaraq rəy və təkliflərini bildiriblər./QHT.az
 
 
İcmal.Az


RƏYLƏR