Xocalı soyqırımı zamanı qətlə yetirilən 613 Xocalı sakininin xatirəsini yad etmək məqsədilə fevralın 26-da Heydər Əliyev Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı rayonunda 613 ağac əkilib.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, müavinlərin, RİHBA-nın şöbə müdirlərinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, qəsəbə bələdiyyələrinin, rayonun idarə və müəssisələrinin kollektivlərinin, həmçinin, Xocalı şəhərindən məcburi köçkün düşərək Suraxanı rayonunda məskunlaşmış sakinlərin, Vətən müharibəsi iştirakçılarının və həlak olmuş şəhidlərin ailə üzvlərinin, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən ağacəkmə aksiyası rayonun Əmircan qəsəbəsi, Balandin küçəsində yol kənarında və Park küçəsində abadlaşdırılmış yeni parkın ərazisində, Qaraçuxur qəsəbəsi, Neftçilər parkında təşkil olunmuşdur.
İşğal altında olan torpaqlarımızın azad edilməsi, Xocalı faciəsinin qisasını düşməndən almaq arzusu ilə alışıb yanan və bu amalı uğrunda Zəfərli Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq Şəhidlik zirvəsinə ucalmış Ceyhun Mustafazadənin atası, Xocalıdan məcburi köçkün Şükür Mustafayev də ağacəkmə aksiyasında iştirak etmişdir. Əminik ki, təkcə Şükür Mustafayevin deyil, hamımızın övladı hesab etdiyimiz Şəhidimiz Ceyhun Mustafazadənin ruhu bu gün şaddır. Çünki Ceyhun kimi ərənlərin mərdliyi ilə Ali baş komandan Cənab İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi nəticəsində 44 günlük Vətən müharibəsində Xocalının, Xocalı qurbanlarının qisası alınmışdır.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
08.05.2024, 11:04 / Özəl, SOSİAL -
Dövlət Xidməti 102 yaşlı veteranı təltif etdi
08.05.2024, 11:02 / Özəl, SOSİAL -
"Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir" adlı tədbir keçirilib
07.05.2024, 13:44 / GÜNDƏM, Özəl, SOSİAL -
“YAŞAT” Fondu tərəfindən daha bir müharibə əlili müalicə məqsədilə Türkiyəyə göndərilib
07.05.2024, 11:42 / Özəl, SOSİAL -
Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır
07.05.2024, 09:02 / SOSİAL -
Sfera.az 12 yaşında
06.05.2024, 20:21 / SOSİAL -
Qarabağ Dirçəliş Fondunun Bakı Marafonundakı yaşıl pavilyonu böyük maraqla qarşılanıb
06.05.2024, 17:37 / Özəl, SOSİAL
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, HADİSƏ “Stimul hospital”ın (İstanbul NS) cinayəti sübut olundu: BAHAR QASIMOVA 30 DƏQİQƏYƏ QƏTLƏ YETİRİLİB
-
index-manşet, SOSİAL Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
Özəl, İQTİSADİYYAT, BANK Yelo kartları ilə ölkədaxili bütün kartlara pulsuz köçürmələr