Tahir Kərimov yeni biznesə başladı

OXUNUB: 982 SOSİAL
Salyan rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimov istixana biznesinə başlayıb.

Tahir Kərimov Salyan rayonunun Qaraçala qəsəbəsində istixana kompleksi inşa etdirib. Bir neçə hektarlıq ərazidə salınan istixanada pomidor və xiyar becəriləcək. 

Əldə etdiyimiz məlumata görə, sözügedən istixanaya Tahir Kərimovun oğlu nəzarət edir. 

Xatırladaq ki, Tahir Kərimov Prezident İlham Əliyevin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə isə Sevindik Hətəmov təyin edilib. /olke.az
 
 
İcmal.Az

RƏYLƏR