Tarkan bir aylıq qızına ev aldı

OXUNUB: 1346 ŞOU-BİZNES
Müğənni Tarkan yeni doğulmuş qızı Liyaya ev alıb.

 
İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının evi İstanbulda aldığı və 18 yaşına çatanda qızının adına keçirəcəyi bildirilir. 

Məlumata görə, Tarkan həmçinin, hər ay bank hesabından qızı üçün açdığı hesaba pul köçürərək onun gələcəyini indidən sığortalamağa çalışır.

Qeyd edək ki, Tarkan Pınar Tevetoğlu ilə 2016-cı ilin mayında ailə qurub. Cütlüyün övladı ötən ay dünyaya gəlib.

İcmal.Az
 

RƏYLƏR