"Study İn Turkey Azerbaijan” şirkətinin rəhbəri, təhsil məsələləri üzrə ekspert, 32 yaşlı Fuad Hacıyev böyük ölçüdə fırıldaqçılıqda ittiham edilərək cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Alınan məlumata görə, adıçəkilən şəxsə qarşı AR Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (külli miqdarda ziyan vurmaqla) maddələri ilə qaldırılmış cinayət işində hazırda 10-dan çox epizod mövcuddur. Bunlar əsasən Kanadada məşğulluq, Türkiyə və Ukraynada təhsil ilə əlaqədardır.
Qeyd olunan epizodlar üzrə dəymiş zərərin miqdarı 300 min manat təşkil edir./Pravda
İcmal.Az