• HAQQIMIZDA
  • REKLAM
  • Əlaqə
  • +99455 466 23 33
  • [email protected]
  • AZ
  • EN
  • RU
  • SİYASƏT
  • İQTİSADİYYAT
    • BANK
  • MƏDƏNİYYƏT
  • SOSİAL
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • HADİSƏ
  • SİYASƏT
  • İQTİSADİYYAT
    • BANK
  • MƏDƏNİYYƏT
  • SOSİAL
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • HADİSƏ
  • AZ
  • EN
  • RU
  • CƏNUBİ QAFQAZ
  • QHT
  • MÜSAHİBƏ
  • DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
Bak覺
+16簞C
1.7025
1.7323
Ana səhifə  /  GÜNDƏM /  Özəl /  Xəlil Göyüşovun başı dərddə - təftiş gözlənilir

Xəlil Göyüşovun başı dərddə - təftiş gözlənilir

27 Oktyabr 2024, 21:43  /  OXUNUB: 979  /  GÜNDƏM Özəl

Dünən gecə Bakıya normadan artıq yağıntı bir sıra fəsadlara yol açmaqla bərabər, 2 nəfərin həyatına da son qoydu. Paytaxtın sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu tuneli” adlanan yer) 1976-ci il təvəllüdlü Şirinov Elnur Fazil olğlunun və  29 yaşlı Köçəri Abbasovun cəsədi aşkarlandı.

Daha sonra isə rəsmi açıqlamalarla məlum oldu ki, bu faktlarla bağlı Sabunçu Rayon Prokurorluğunda müvafiq araşdırmalara başlanılıb.

Hadisədən sonra təbii olaraq ilk maraq doğuran tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi oldu. Bu istiqamətdə aparılan jurnalist araşdırmalarından məlum oldu ki, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel "Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan "Körpü Bina Tikinti”  MMC tərəfindən inşa olunub. Tunelin açılışı isə 2020-ci ilin martin 13-nə təsadüf edib. Uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu isə 68 metr olan tunelin açılışında qırmızı lenti isə "Azərbaycan Dəmir Yolları”nın ozamankı sədri Cavid Qurbanovun müavini Zaman Novruzov kəsib. 

o-tuneli-kim-tikmisdi

Bəhs etdiyimiz hadisə bu tunelin tikintisində məlum norma və qaydalara nə dərəcədə əməl edilməsi ilə bağlı bir sıra suallar doğurdu: nasoslar, transformator və generator quraşdırılıbmı? Əgər belədirsə, niyə bu olay yaşandı? Və s.

Məlumat üçün bildirək ki, "Körpü Bina Tikinti” MMC 2001-ci ildə təsis edilib, rəhbəri isə Xəlil Göyüşovdur. Şirkət Bakıda və bölgələrdə bir sıra milyonluq layihələrə imza atmaqdadır.

Xatırladaq ki, "Körpü Bina Tikinti” MMC ilə bağlı bu hadisə ilk deyil…2019-cu ilin sentyabrındaSabunçu rayonu ərazisində bu şirkətin daha öncə tikdiyi başqa bir tunelidə su basmış, o zaman da bir neçə avtomobil suyun altında qalaraq yararsız vəziyyətə düşmüşdü. Amma, o zaman bu hadisə hansı səbəblədənsə nəinki gündəm olmadı, müvafiq araşdırmalar da aparılmadı. (Mediada bu haqda məlumata rast gəlinmədi.Red.)

Bu dəfə isə vəziyyət fərqlidir…Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun dediyi "ola bilər tikinti zamanı nöqsanlara yol verilib. Təbii ki, bunun da araşdırılması aidiyyəti qurumların üzərindədir” ifadəsi hüquq-mühafizə orqanları ilə bərabər, digər aidiyyatı dövlət strukturlarının da fəaliyyətə keçəcəyi gözləntisini doğurdu. 

İndi isə Yenixeber.org-a bu istiqamətdə maraqlı məlumatlar daxil olur. Məlumata görə, Xəlil Göyüşov üçün "Bu həna, o hənadan olmayacaq”. Artıq "Körpü Bina Tikinti” MMC-nin, eləcə də, cənab Göyüşovun fəaliyyətinin təftişinə start verildiyi bildirilir. Yuxarıda qeyd etdiyimiz kimi, prokurorluğun araşdırmaya başlaması səbəbindən, hələlik bu istiqamətdə geniş yazmağı uyğun bilmirik.

Yeri gəlmişkən, Xəlil Göyüşovun yüksək çinli bir məmurun "krışa”lığında fəaliyyət göstərdiyi və geniş biznes subyektlərinə sahib olduğu deyilir…

Elə bugünlərdə sosial şəbəkələrdə Xəlil Göyüşovun övladları Ramiz və Rüfət Göyüşovların Almaniyanın Hamburq şəhərində 40 milyon avroluq ARENA OTELinə (AGO Park Hotel Betriebs GmbH, Hamburg) sahib olması haqqında məlumat yayıldı.

Mövzunun davamı olacaq.

  • PAYLAŞ:
  • Facebook
  • -
  • Twitter
  • -
  • WhatsApp
  • -
  • Google +

RƏYLƏR

DİGƏR XƏBƏRLƏR

  • Hicab siyasəti, qardaşlıq pərdəsi və siyasi maraqlar: Türkiyənin bəzi dairələri Azərbaycandan nə istəyir?
    17.10.2026, 17:31  /  GÜNDƏM, Özəl
  • Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)
    13.10.2026, 13:37  /  GÜNDƏM, Özəl, SİYASƏT
  • Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” (VİDEO)
    12.10.2026, 17:08  /  GÜNDƏM, Özəl, SİYASƏT
  • Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb - DEPUTAT
    09.10.2026, 12:10  /  GÜNDƏM, Özəl, SİYASƏT
  • Universal Hospitalda həftəlik həkim iclası keçirilib
    08.10.2026, 19:11  /  GÜNDƏM, Özəl
  • Münasib büdcə ilə mənzil axtaranlara: Biləcəri və Xırdalanda hansı imkanlar var? – ƏTRAFLI
    07.10.2026, 15:31  /  GÜNDƏM, Özəl, İQTİSADİYYAT
  • "Bravo"da 4,99 manatlıq məhsul 7,95 manata satıldı - "Azərbaycan Supermarket" cərimələndi
    06.10.2026, 20:07  /  GÜNDƏM, Özəl, İQTİSADİYYAT
  • Nərimanovda tikintisi davam edən mənzillər üçün yeni satış şərtləri: hansı imkanlar var? – ƏTRAFLI
    02.10.2026, 15:59  /  GÜNDƏM, Özəl, İQTİSADİYYAT

Xəbər lenti

  • Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti!
    Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti!
  • “Bank Respublika”da pul saxlayanlar daha az qazanacaq – faizləri endirdi
    “Bank Respublika”da pul saxlayanlar daha az qazanacaq – faizləri endirdi
  • Tanınmış memar “Bravo”dan şikayət etdi: Qablaşdırmada 180, tərəzidə 164 qram
    Tanınmış memar “Bravo”dan şikayət etdi: Qablaşdırmada 180, tərəzidə 164 qram
  • “PAŞA Sığorta”nın xalis mənfəəti 2,6 milyon manatdan çox azalıb – HESABAT
    “PAŞA Sığorta”nın xalis mənfəəti 2,6 milyon manatdan çox azalıb – HESABAT
  • “Bank VTB (Azərbaycan)” əmanətçilərin gəlirlərini azaldır – Faizlər aşağı salındı
    “Bank VTB (Azərbaycan)” əmanətçilərin gəlirlərini azaldır – Faizlər aşağı salındı
  • Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
    Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
  • Avtovağzal metrosunun yaxınlığında yeni 2 otaq st. mənzillər satışa çıxdı!
    Avtovağzal metrosunun yaxınlığında yeni 2 otaq st. mənzillər satışa çıxdı!
  • Xairici ölkələrin alimləri Mingəçevir Dövlət Universitetində ortaq hədəf ətrafında birləşib: VIII Avrasiya Konfransında su təhlükəsizliyi və dayanıqlı inkişaf müzakirə olunub
    Xairici ölkələrin alimləri Mingəçevir Dövlət Universitetində ortaq hədəf ətrafında birləşib: VIII Avrasiya Konfransında su təhlükəsizliyi və dayanıqlı inkişaf müzakirə olunub
  • Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
    Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
  • Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Çexiya nümayəndəliyi təsis edildi – TƏFƏRRÜAT
    Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Çexiya nümayəndəliyi təsis edildi – TƏFƏRRÜAT

KÖŞƏ

  • Bu şəxslər nikaha daxil ola bilməyəcək? — YENİ TƏKLİF
    Bu şəxslər nikaha daxil ola bilməyə...
  • Bayram Nurlunun dalınca aeroporta xidməti avtomobilini göndərən nazir müavini kimdir? — SENSASİYA
    Bayram Nurlunun dalınca aeroporta x...
  • Baş nazir və nazirlər bu tarixdə istefa verəcək
    Baş nazir və nazirlər bu tarixdə is...
  • Azərbaycanlı şagirddən BÖYÜK UĞUR
    Azərbaycanlı şagirddən BÖYÜK UĞUR...
  • Dünyada ikinci olan kanyonu ilə məş...
  • Bakıda “Prius”u dənizə “aşıran” SİR...
  • Vasif Talıbovun oğlu 450 minlik maş...
  • Vardanyanın milyardlıq mülkləri......

ƏN ÇOX OXUNANLAR

  • Uşağın “razıyam” deməsi heç nəyi dəyişmir
    Özəl, SOSİAL
    Uşağın “razıyam” deməsi heç nəyi dəyişmir
  • Hicab qadağası ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir: Azərbaycanda dini geyimə məhdudiyyət yoxdur
    Özəl, SOSİAL
    Hicab qadağası ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir: Azərbaycanda dini geyimə məhdudiyyət yoxdur
  • 54 saylı Yol İstismar İdarəsinin məsuliyyətsizliyi? Ağdərə–Kəlbəcər yolunda vətəndaşlar niyə xəbərsiz saxlanılır?
    GÜNDƏM, Özəl, İQTİSADİYYAT
    54 saylı Yol İstismar İdarəsinin məsuliyyətsizliyi? Ağdərə–Kəlbəcər yolunda vətəndaşlar niyə xəbərsiz saxlanılır?

Copyright © 2014 . Bütün hüquqları qorunur. Xeber1 MMC


Azərbaycan xəbərləri | Vakansiya saytı