Televiziya əməkdaşının avtomobili qarət olundu – Azərbaycanda

OXUNUB: 260 HADİSƏ

Cüzdanda nağd pul, plastik kartlar və lazımi sənədlər olub.

Gəncədə avtomobil qarət olunub.

Hadisə iyulun 10-da, axşam saatlarında şəhərin Əttarlar küçəsində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər şəhər sakini Fərid Mehdiyevə məxsus "Opel” markalı avtomobilin yan şüşəsinin sındıraraq avtomobildən cüzdanı aparıblar. Sahibinin sözlərinə görə, cüzdanda nağd pul, plastik kartlar və lazımi sənədlər olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırma aparılır.

Qeyd edək ki, F. Mehdiyev "ARB Kəpəz” telekanalında xəbərlər departamentinin direktoru vəzifəsində çalışır./apa

 

İcmal.Az

RƏYLƏR