Texniki Universitetin müəllimi 9 min manatlıq borcunu ödəmir – Məhkəmə

OXUNUB: 855 GÜNDƏM HADİSƏ
Azərbaycan Texniki Unversitetinin Mühəndis Riyaziyyatı fakültəsinin müəllimi 9 min manat borcunu ödəmədiyi üçün məhkəmə qarşısına çıxacaq. 

7News.Az-ın məlumatına görə, Əliyev Davud Balakişi oğlu borc müqaviləsi ilə bağlı mübahisələrə görə Niftəliyeva Mehriban Müslüm qızından Ali Məhkəməyə kassasiya şikayəti verib. Şikayətə hakim Mehparə Əhmədovanın sədrliyi ilə baxılacaq. 

Belə ki, fizika-riyaziyyat üzrə elmlər namizədi Mehriban Niftəliyeva ilə Davud Əliyev arasında Yasamal rayonu ərazisində notariusda 9 min manatlıq borc müaviləsi bağlanıb. Ancaq qadın borcunu vaxtında ödəmədiyi üçün Davud Əliyev Yasamal Rayon Məhkəməsinə üz tutub. Məhkəmə qisməndə olsa iddiaçının şikayətini təmin edib. Sonra isə Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə baxılan məhkəmə prosesində 1-ci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. 

7News.Az

RƏYLƏR