Tovuz icra başçısı bayrağı əzib, büküb şəhid atasına verdi, sosial şəbəkə ayağa qalxdı (VİDEO)

OXUNUB: 219 Özəl GÜNDƏM HADİSƏ

7NEWS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Zaur Əhməd paylaşım edib: "Azərbaycan Dövlət bayrağını əzib, büküb hörmətsiz bir şey kimi şəhid atasına verən Tovuzun icra başçısının bu hərəkəti hər şeyi ortaya qoyur, bunların xislətini  aşkarlayır. Vəzifədə olanların əksəri belədir. Sadəcə, bəzilər yaxşı artistlik edə bilirlər deyə, ortaya belə iyrənc mənzərə çıxmır. Axı onlar nə bilirlər, Vətən nədir, şəhid kimdir, bayraq nədir. Bu adamlar üçün bir müqəddəs dəyər var, o da pul. İnandırım sizi, bu başçı yığdığı rüşvəti bir dəfə beləcə sayğısızcasına büküb cibinə soxmaz. Bunların hamısı pula, var-dövlətə tapan, səcdə edən naqislərdir...
Amma Dövlət Baba da gərək kimlərə səlahiyyət, vəzifə verdiyinə diqqət eləsin. Saytımızdan susuruq, amma son vaxtlar ətrafda baş verən şərəfsizlikləri də görürük. Artıq bıçaq sümüyə dirənib. Məncə, başıdik gəzmək, aşağıları görməyə əsas vermir, bir aşağıdakılara da baxın, yoxsa..."
Məlumat üçün qeyd edək ki, Məmməd Cahangir oğlu Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
7NEWS.az
 

RƏYLƏR