Tovuzda toy zamanı dava düşüb: Bıçaqlanan var

OXUNUB: 791 HADİSƏ

Tovuz rayonunda bir nəfərin bıçaqlanması, bir neçə nəfərin isə bədən xəsarəti alması ilə nəticələnən kütləvi dava baş verib.

Hadisə rayonun Qovlar şəhərində baş qeydə alınıb.

Bir qrup şəxs arasında dava zamanı rayon sakini, 1993-cü il təvəllüdlü Məmmədov Sürət Vəkil oğlu kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır. Əlbəyaxa dava zamanı, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, S.Məmmədov hadisə baş verən zaman sərxoş olub.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./report

 İcmal.Az


RƏYLƏR