Bu, o demək idi ki, oğlu heç bir işə yaramayan xanımla evlənir. Əgər gəlin bakirə deyildisə, onunla boşanmaq olmazdı: "Nikahlandılarsa, deməli, onları bir-birinə Allah göndərib – artıq onun axsaq, qozbel, ümumiyyətlə, necə olması əhəmiyyət daşımırdı”.
Bəzən günümüzdə də mövcud olan, bakirəliyi imitasiya naminə gizli olaraq xoruz kəsib qanından istifadə edirdilər.
Bütün bunlara baxmayaraq, çox az adam bilir ki, qədim Rusiyada əgər zifaf gecəsi kişinin əlindən bir şey gəlməsəydi, gənc qadın dərhal gedib özünü suda boğmalı idi...
Hesab edilirdi ki, bu, bədəli ağır olan bir biabırçılıqdır - qadın kişini cuşa gətirmədi və onu ehtiraslandıra bilmədi. Hərçənd, bəlkə kişi impotent idi, yaxud həmin gecə təsadüfən alınmadı, ertəsi gecə alınacaqdı. Amma yox, bu hallarda qadın üçün ikinci gecə anlayışı sadəcə yox idi. Yeri gəlmişkən, xristianlığın gəlişilə bu absurd adət tədricən aradan qaldırıldı.