Axşam.az xəbər verir ki, bu sözləri hazırda Türkiyədə yaşayan müğənni İradə İbrahimova rejissor Nail Naiboğlu ilə İnstaqramda canlı yayımda deyib. Sənətçi yaradıcılıqdan uzaqlaşmasından bəhs edib.
O, daha sonra Xalq artisti Röya Ayxanla aralarında yaşanan qalmaqaldan söz açıb:
"Barışmışıq... Başqa cür ola da bilməzdi. Biz bir-birimizi dəstəkləməliyik. Elə bir dönəmdə yaşayırıq ki, hamı bir olmalıdır".
İ.İbrahimova ATV kanalında başına gələn hadisəni də izləyicilərlə bölüşüb:
"Ərə gedəndə sənətimin zirvəsində idim. Gün ərzində 10 verilişə qatılırdım. İndi düşünürəm ki, indiki durumda onu bacarmazdım. Bir dəfə proqramda oxuyanda maşınımın şüşəsini sındırıb çantamı oğurlamışdılar. İşə polis qarışdı. Həmin gün də ATV kanalında bir işçinin toyuna çağrılmışdım. Gedə bilmədim. Kanaldan da elə bildilər hörmətsizlik etmişəm və mənə bir müddət qadağa qoydular".