Tramp İlham Əliyev kimi hərəkət etdi

OXUNUB: 595 SİYASƏT

ABŞ hökuməti Azərbaycanın yolu ilə gedərək Hasilat Sahələrində Şəffaflıq Təşəbbüsü (EİTİ) qurumundan çıxmaq qərarına gəlib.

Azərbaycan qurumu bu ilin mart ayında tərk edib. ABŞ-ın bu qurumdan ayrılacağı barədə məlumatı "Bloomberg” nəşriyyatı yayıb.

ABŞ daxili işlər departamentinin nümayəndəsi Qreqori Qould deyib: 

"ABŞ hökuməti hasilat sahələrində korrupsiya və EİTİ prinsipləri ilə möhkəmləndirilmiş şəffaflıq idealına sadiqdir”.

Bununla yanaşı Ağ Evin rəsmisi qeyd edib ki, EİTİ ABŞ-dakı hüquq çərçivələrini tam nəzərə almır.
Azərbaycan isə Boqotada qurumun 36-cı toplantısında EİTİ-ni tərk etdiyini açıqlayıb. Bunu isə hökumət komissiyasının və EİTİ üzrə çoxtərəfli qrupun rəhbəri Şahmar Mövsumov bəyan edib.

Şahmar Mövsumov bildirib ki, Azərbaycan ikili standartlara görə daha qurumda qala bilməz./olke.az

 

İcmal.Az

RƏYLƏR