Trampın vergi islahatları ertələnə bilər

OXUNUB: 808 İQTİSADİYYAT

ABŞ prezidenti Donald Trampın irəli sürdüyü vergi islahatlarına dair qanun layihəsi Senat tərəfindən hazırkı şəkildə qəbul olunmaya bilər. 

İcmal.Az Report-a istinadən xəbər verir ki, konqresmenlər vergi islahatlarının 2019-cu ilədək ertələnməsini təklif edirlər.

Qeyd edək ki, vergi islahatları ABŞ-da korporativ vergi dərəcələrinin 35%-dən 20%-ə endirilməsini nəzərdə tutur. Tramp vergi islahatlarının tezliklə həyata keçirilməsini istəsə də, onun hazırda bu işdə rəqibləri çoxdur.

Vergi islahatlarının 2019-cu ilə kimi uzadılmasının istənilməsinə baxmayaraq, 2018-ci ildə biznes üçün bir sıra güzəştlərin tətbiqi mümkündür. ABŞ hökumətinin bu addımı şirkətlərin investisiya proqramlarını ertələməməsi və vergi dərəcələrinin azaldılmasını gözləməməsi üçün edəcəyi bildirilir. Həmçinin, şirkətlərə kapital xərclərini dərhal mənfəət vergisindən çıxması üçün şərait yaradılacaq.

İcmal.Az

RƏYLƏR