“TURAN” partiyasının başqanından təklif: “Fövqaladə vəziyyət elan edilsin, 5-ci kolon zərərsizləşdirilsin”

OXUNUB: 1916 SİYASƏT

Bu barədə saytımıza "Turan” Partiyasından məlumat daxil olub. Partiya rəhbəri Cahandar BAYOĞLU bununla bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir:

 

"Dünyanı iflic duruma gətirən koronavirus təhlükəsi davam etdikcə, Dünya Dövlətlərinin iqtisadi qüdrəti sarsilmaga doğru gedir. Dövlətlərarası iqtisadi əlaqələr qırılır, bu durumdan yararlanan kürəsəl güclər Beynəlxalq bazarda neftin qiymətini süni şəkildə aşağı salmaqla, Azərbaycan kimi neft ölkələrinə daha ciddi zərbələr vururlar. Belə vəziyyətdən çıxış yolu dövlət və millətin birliyi, bütünlüyüdür. Təəssüf ki, bu gün, "5-ci kolon” adı ilə tanınan, Azərbaycanin milli və dövlət maraqlarını tapdalamağa hazır olan, "öncə özüm” deyən qüvvələr var ki, onlar təhlükə olaraq qalmaqdadırlar. Biz Azərbaycanda bu virusun yayılmasının və mənfi fəsadlarının qarşısının alınması üçün, aşağıdakı tədbirlərin təxirəsalınmadan həyata keçirilməsini vacib sayırıq:

1.Azərbaycan Respublikasında rəsmi Fövqəladə Vəziyyət elan edilsin;

2. Səhiyyə və İqtisadi İnkişaf Nazirliklərinin rəhbərliyinə xalqın rəğbətini qazanan adamlar gətirilsin. Əhalinin sosial müdafiəsi gücləndirilsin;

3. Əmək haqqı almayan ailələrə aylıq yardım edilsin;

4. İş yerləri məlum epidemiya səbəbindən bağlanan şirkətlərə təzminat ödənilsin, işçilərin əməkhaqqısı dövlət hesabına ödənilsin;

5. Kredit ödənişləri dondurulsun;

6.İqtidar və Müxalifət daxilində gizlənən "5-ci kolon” zərərsizləşdirilsin və əməlləri ilə bağlı xalqın qarşısında ifşa olunsun.

 

RƏYLƏR