Türkiyədə dolların məzənnəsi rekordu təzələdi

OXUNUB: 804 İQTİSADİYYAT

Türkiyədə dolların məzənnəsi yenidən yüksəlməyə başlayıb. 

İcmal.Az xəbər verir ki, dollar türk lirəsinə nisbətdə 4,57 lirəyə qədər bahalaşıb.

Avro/lirə məzənnəsi 5,36 lirə təşkil edib.

Qeyd edək ki, ötən həftə Mərkəzi Bank türk lirəsinin dəyərsizləşməsinin qarşısını almaq məqsədilə önəmli addımların atılacağını bəyan etmişdi. Bu bəyanatdan sonra dollar lirəyə nisbətdə 8-10 kuruş ucuzlaşmışdı. 

Türtkiyəli ekspertlərin rəyinə görə, lirənin mənzənnəsinə neftin dünya bazar qiymətinin 2014-cü ildən indiyədək ilk dəfə 80 dolları keçməsi təsir edir. Belə ki, neftin bahalaşması enerji idxalçısı olan Türkiyənin valyutasını ucuzlaşdırır. 

Bu arada, Türkiyə Mərkəzi Bankının lirəni qoruyub-saxlamaq üçün faiz artımına gedəcəyi gözlənilmir. 

İcmal.Az

RƏYLƏR