Bakı. 1 may. / Türkiyədə zəlzələ olub.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 19:30-da qeydə alınıb.
Van vilayətinin Gevas rayonunda qeydə alınmış zəlzələ 4,5 bal gücündə olub. Zəlzələ ocağı 13,6 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barəsində məlumat verilmir.